Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA  

Hazırda oxunan: Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA  

185914

Aprelin 5-i axşamdan 6-sı səhərədək bəzi yerlərdə hava arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq rayonlarda qar yağıb. 

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 17 sm, Qrızda 1 sm olub. 
Düşən yağıntının miqdarı Qaxda 10 mm, Gədəbəydə 9 mm, Daşkəsəndə 7 mm, Göygöl, Şəkidə 5 mm, Gəncə, Şahdağda 3 mm, Şəmkir, Zaqatala, Balakən, Qəbələ, Oğuz, Göyçay, Qusar, Quba, Qrız, Xınalıq, Mingəçevir, Xaçmaz, Yevlax, İmişli, Sabirabad, Naftalanda 2 mm-dək olub. Qrız, Daşkəsən, Şəkidə duman müşahidə olunub. 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək, Naxçıvan MR-da 23-27 dərəcə, Aran rayonlarında 23 dərəcəyədək, dağlıq rayonlarda 13-17 dərəcəyədək isti olub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO