Bakıda "təmirli mənzil" adı ilə ev alan şəxsin başına iş gəldi - VİDEO

Hazırda oxunan: Bakıda "təmirli mənzil" adı ilə ev alan şəxsin başına iş gəldi - VİDEO

185894

Bakıda çoxmərtəbəli binadan “təmirli mənzil” adı ilə ev alan şəxs əlavə maddi ziyana düşüb. Məlum olub ki, divar kağızlarının altında iri çatlar var. Yəni evin təmiri sadəcə görüntü üçün imiş.

Bizim.Media xezerxeber.az-a istinadən xəbər verir ki, döşəmə daxil olmaqla, santexnik və elektrik xətləri də bərbad vəziyyətdədir. Evdə həmçinin nəmişlik yaranıb.

Sosial şəbəkələrdə bununla bağlı yayılan videogörüntü “Təmirli ev alarkən nələrə diqqət etmək lazımdır?” sualını yenidən aktuallaşdırır. Sonradan həmin evdə təmir işlərinin aparılması üçün usta kimi dəvət alan Mahir Məmmədov deyir ki, ilk növbədə, təmirli ev alarkən usta baxışının aparılması mütləqdir. Əks halda, xoşbəxt yaşamaq üçün aldıqları ev başlarına bəla ola bilər.

Mahir Məmmədov deyir ki, faktiki olaraq sözügedən evin təmiri olduqca keyfiyyətsiz materiallarla görülüb. Ustanın sözlərinə görə, əgər evin problemləri vaxtında aşkarlanmasa, gələcəkdə ev sahibi daha ciddi problemlərlə üzləşə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO