Bərdədə ev YANDI: Azyaşlı öldü - FOTO 

Bərdədə ev YANDI: Azyaşlı öldü - FOTO 

Hazırda oxunan: Bərdədə ev YANDI: Azyaşlı öldü - FOTO 

185132

Bərdədə fərdi yaşayış evində yanğın olub. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. 

Mirzəyev Elmir Əsgər oğluna məxsus iki mərtəbəli, 8 otaqlı fərdi yaşayış evində yanğın baş verib. 

Əraziyə dərhal FHN-nin Bərdə yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının qarşısı alınıb, alov söndürülüb. 
Hadisə nəticəsində biri azyaşlı olmaqla iki nəfər xilas olunaraq təhvil verilib. 2019-cu il təvəllüdlü Həsənzadə Rafael Rauf oğlu Bərdə rayon xəstəxanasında dünyasını dəyişib. 

Tüstüdən zəhərləndiyi bildirilən 1975-ci il təvəllüdlü İlyasova Zümrüd Xasay qızının müalicəsi Bərdə rayon xəstəxanasında davam etdirilir. 

Faktla bağlı araşdırma aparılır. 












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO