Masallıda ağır qəza: 2 hərbçi xəsarət aldı - FOTO

Masallıda ağır qəza: 2 hərbçi xəsarət aldı - FOTO

Hazırda oxunan: Masallıda ağır qəza: 2 hərbçi xəsarət aldı - FOTO

185008

Masallıda minik maşını aşıb, 3 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, hadisə rayonunun Alvadı kəndi ərazisində baş verib. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşıb və ərazidəki transformatoru zədələyib. 

Qəza nəticəsində 3 nəfər Cəlilabad rayon sakinləri 2002 - ci il təvəllüdlü Əsgər Rasim oğlu Dövlətov, 2002 - ci il təvəllüdlü Rahul Əziz oğlu Nəzərov və 2002 - ci il təvəllüdlü Şəhanə Əsgər qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıblar. 
Ə.Dövlətov və R.Nəzərova ilkin tibbi yardım göstərilib, hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb. Ş.Əliyevaya sağ sairin, bazunun 1/3 hissəsinin yerdəyişən sınığı və kəllə-beyin travması diaqnozu quyularaq reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, xəsarət alanların ikisinin hərbçi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO