Sumqayıt Dövlət Universitetinə yeni prorektor TƏYİN OLUNUB

Sumqayıt Dövlət Universitetinə yeni prorektor TƏYİN OLUNUB

Hazırda oxunan: Sumqayıt Dövlət Universitetinə yeni prorektor TƏYİN OLUNUB
184614
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən Könül Abaslı Sumqayıt Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin edilib.

K.Abaslı 2003-2007-ci illərdə Bakı Slavyan Universitetində İbtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə bakalavr təhsili alıb.

2007-2009-cu ildə eyni universitetdə Pedaqogika nəzəriyyəsi və tarixi ixtisaslaşması üzrə magistratura təhsili alıb. 2021-2022-ci illərdə Təhsil İnstitutunda ardıcıl olaraq aparıcı elmi işçi və Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri vəzifələrində çalışıb. 2023-cü ildən Təhsil İnstitutunun direktor müavini vəzifəsini icra edib. 2023-cü ilin noyabrında Sumqayıt Dövlət Universitetində Rektorun müşaviri vəzifəsinə təyin olunub.

“Web of Science”, “Scopus”, kimi elmmetrik bazalarda indekslənən müxtəlif beynəlxalq jurnallarda və yerli jurnallarda nəşr olunan ümumilikdə15-dən çox elmi məqalənin, 6 kitab bölməsinin, 4 hesabatın müəllifi və həmmüəllifidir. Təhsillə əlaqəli 7 beynəlxalq konfransda çıxış edib. 6 beynəlxalq və bir yerli elmi jurnalda rəyçidir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO