Bərdədə QƏZA - sürücülük hüququ olmayan şəxs 69 yaşlı kişini öldürüb

Bərdədə QƏZA - sürücülük hüququ olmayan şəxs 69 yaşlı kişini öldürüb

Hazırda oxunan: Bərdədə QƏZA - sürücülük hüququ olmayan şəxs 69 yaşlı kişini öldürüb
183938
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bərdədə piyadanın ölümü ilə nəticələnən qəza baş verib. 

Bizim.Media xəbər verir ki, hadisə məcburi köçkün şəhərciyində qeydə alınıb. 

1955-ci il təvəllüdlü Vahid Məmmədov yolu keçmək istəyərkən 2000-ci il təvəllüdlü Məmmədov Faiq Daşqın oğlu idarə etdiyi "VAZ 2105" markalı minik avtomobillə onu vurub. 

Xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, qəzanı törədən şəxsin sürücülük hüququ olmayıb. 

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. 

Bildirib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO