FİFA Şahruddinin klubuna transfer QADAĞASI QOYDU 

FİFA Şahruddinin klubuna transfer QADAĞASI QOYDU 

Hazırda oxunan: FİFA Şahruddinin klubuna transfer QADAĞASI QOYDU 

183860

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” FİFA tərəfindən sanksiyalara məruz qalıb. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, maliyyə qaydalarını pozduğuna görə Adana təmsilçisi FİFA tərəfindən cəzalandırılıb. 

Şahruddinin klubu üç transfer pəncərəsində heyətinə futbolçu qata bilməyəcək. Azərbaycan millisinin qolkiperi 2023-cü il sentyabrın 8-də “Qarabağ”dan “Adana Dəmirspor”a keçib. Onun Super Liqa klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO