Masazırda mənzildə partlayış olub - FOTO/VİDEO 

Masazırda mənzildə partlayış olub - FOTO/VİDEO 

Hazırda oxunan: Masazırda mənzildə partlayış olub - FOTO/VİDEO 
182794
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onüçmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 46m² olan birotaqlı mənzildə yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə zamanı 1 otağın yanar konstruksiyaları yanıb və partlayış dalğasının təsirindən mənzil yararsız vəziyyətə düşüb. Xəsarət alan olmayıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO