Giləzi qəsəbəsi yaxınlığında

Giləzi qəsəbəsi yaxınlığında "Qrad" mərmisi tapılıb - FOTO

Hazırda oxunan: Giləzi qəsəbəsi yaxınlığında "Qrad" mərmisi tapılıb - FOTO
18239
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonu, Giləzi qəsəbəsinin yaxınlığında açıq sahədə sursat aşkar olunması barədə məlumat daxil olub.

Bizim.Media nazirliyin saytına istinadən bildirir ki, daxil olmuş məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu 17 aprel 2021-ci il tarixində əraziyə cəlb olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Laçın polisi silah-sursat aşkar edib


Pirotexniklər polis əməkdaşları ilə birgə ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirdikdən sonra aşkar olunmuş sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, 1 ədəd “Qrad" BM-21 mərmisidir.

Sursat pirotexniklər tərəfindən götürülüb Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mərkəzi məhvetmə ərazisinə daşınaraq, müvafiq qaydada zərərsizləşdirilib.

Təkrar baxış zamanı sursatın tapıldığı ərazidə digər şübhəli əşya aşkar edilməyib.

Qeyd edək ki, aşkar olunan mərminin 27 avqust 2017-ci il tarixində Müdafiə Nazirliyinə məxsus N saylı hərbi hissənin silah-sursat anbarında baş vermiş partlayışla müşayiət olunan yanğın zamanı əraziyə düşdüyü ehtimal olunur.

Bizim.Media

Giləzi qəsəbəsi yaxınlığında
Giləzi qəsəbəsi yaxınlığında


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO