Gədəbəydə bir gündə yeddi nəfər dəm qazından zəhərləndi - ADLAR  

Gədəbəydə bir gündə yeddi nəfər dəm qazından zəhərləndi - ADLAR  

Hazırda oxunan: Gədəbəydə bir gündə yeddi nəfər dəm qazından zəhərləndi - ADLAR  

181995

Gədəbəydə dəm qazından zəhərlənən şəxlərin kimliyi məlum olub. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, onlar rayonun Qardağ kənd sakinləri, 2018-ci il təvəllüdlü E.Məmmədli, 2016-cı il təvəllüdlü S.Məmmədli, 1995-ci il təvəllüdlü S.Məmmədli və 1994-cü il təvəllüdlü Z.Qasımlıdır. 

Digər zəhərlənən şəxs Gədəbəy şəhərinin Səməd Vurğun küçəsində yaşayan 1955-ci il təvəllüdlü M.Hüseynovdur. 

Rayonun Gərgər kəndində qeydə alınan daha iki faktda isə 2010-cu il təvəllüdlü S.Tağıyev və G.Şəmiyeva dəm qazından zəhərləniblər. 

Zəhərlənən şəxslərin vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər. 
Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, Gədəbəydə dəm qazından zəhərlənmə faktları olub. Rayonun Qardağ kəndində bir aildən dörd nəfər dəm qazından zəhərlənib. 

Digər bir fakt şəhərin Səməd Vurğun küçəsində, daha ikisi isə rayonun Gərgər kəndində qeydə alınıb. 

Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO