Kürdəmirdə “BMW” beton lövhəyə çırpıldı: Xəsarət alan var – FOTO  

Kürdəmirdə “BMW” beton lövhəyə çırpıldı: Xəsarət alan var – FOTO  

Hazırda oxunan: Kürdəmirdə “BMW” beton lövhəyə çırpıldı: Xəsarət alan var – FOTO  

181800

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, sürücü Ağcabədi rayon sakini 1960-cı il təvəllüdlü Səfərov Eldar İbad oğlu “BMW” markalı maşınla Ucar istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı beton lövhəyə çırpılıb. Qəza nəticəsində sürücü Eldar Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır. 







Bizim.Media, Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO