Suqovuşan qəsəbəsinə köç nə vaxt başlayır?

Suqovuşan qəsəbəsinə köç nə vaxt başlayır?

Hazırda oxunan: Suqovuşan qəsəbəsinə köç nə vaxt başlayır?
181519
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Artıq Talış kəndinə 20 ailə köçürülüb. Buradakı ailələrin hamısı işlə təmin olunub. Suqovuşan qəsəbəsində 5 ədəd beşmərtəbəli çoxmənzilli bina inşa edilir. İlin sonunədək Suqovuşan qəsəbəsinə də keçmiş məcburi köçkünlərin köçü nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bunu Şuşa şəhərində "Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində “Əhalinin peşə hazırlığının təşkili” mövzusunda keçirilən tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib.

Qarabağ iqtisadi rayonunda genişmiqyaslı bərpa-quruculuq işləri ilə paralel olaraq, keçmiş məcburi köçkünlərin doğma yurdlarına köçürülməsinin də həyata keçirildiyini xatırladan B.Hacıyev bildirib ki, Ağdam şəhərində və rayonun Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində genişmiqyaslı tikinti-quruculuq işləri görülür. Bu ilin sonunadək Xıdırlı kəndində 719, Kəngərli kəndində 292, Sarıcalı kəndində 203 fərdi ev inşa olunacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO