Su kanalında cəsədin aşkarlanması ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Su kanalında cəsədin aşkarlanması ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Hazırda oxunan: Su kanalında cəsədin aşkarlanması ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

181416

Abşeronda su kanalında aşkarlanan meyitin kimliyi məlum olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, martın 6-da saat 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük yaşayış massivinin ərazisindən keçən su kanalında 1968-ci Cəfərov Akif Əbülfəz oğlunun meyiti aşkar olunub.

Meyitin xarici müayinəsi zamanı onun üzərində hər hansı xəsarət izi müəyyən edilməyib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

*** 19:44

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Saray qəsəbəsində bataqlıq ərazidə suyun üzündə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO