Astarada müəllimi balta ilə qətlə yetirən şəxsə 16 il HƏBS CƏZASI verildi

Astarada müəllimi balta ilə qətlə yetirən şəxsə 16 il HƏBS CƏZASI verildi

Hazırda oxunan: Astarada müəllimi balta ilə qətlə yetirən şəxsə 16 il HƏBS CƏZASI verildi

181337

Astara rayonunda şəxsi münasibətlər zəminində Eynəli Əzizovu balta ilə qətlə yetirməkdə təqsirli bilinən Aslan Şüvünəliyevə hökm oxunub.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrlik etdiyi iclasda elan edilib.

Hökmə əsasən, A.Şüvünəliyev 16 il müddətinə azadlıqdan mərhum olunub.

Qeyd edək ki, hadisə ötən ilin may ayında baş verib. İttihama görə, A.Şüvünəliyev mərhum E.Əzizovun fermasında çoban işləyib. Təsqirləndirilən şəxs aralarında yaranmış şəxsi münasibətlər zəminində Astara rayonundakı meşəlik ərazidə balta ilə onu qətlə yetirib.
E.Əzizov rayon ərazisində heyvandarlıqla məşğul olub. Mərhum əvvəllər bələdiyyə sədri, həmçinin Astarada yerləşən orta məktəblərin birində müəllim kimi işləyib.

A.Şüvünəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO