Elman Rüstəmovun qızının Londondakı şirkəti 13,3 milyon zərər edib - FOTOFAKT 

Elman Rüstəmovun qızının Londondakı şirkəti 13,3 milyon zərər edib - FOTOFAKT 

Hazırda oxunan: Elman Rüstəmovun qızının Londondakı şirkəti 13,3 milyon zərər edib - FOTOFAKT 
181046
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Mərkəzi Bankının sabiq sədri Elman Rüstəmovun qızı və eyni zamanda da “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin gəlini olan Günel Rüstəmovanın direktoru olduğu “Gyunel Limited” şirkəti maliyyə hesabatını açıqlayıb. 

Bizim.Media “yeniavaz.com”a istinadən xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən “Gyunel Limited”in sonuncu maliyyə hesabatında şirkətin 6 milyon 195 min 983 funt-sterlinq (13,3 milyon manat) zərər etdiyi göstərilir. 

Elman Rüstəmovun qızının Londondakı şirkəti 13,3 milyon zərər edib - FOTOFAKT  - foto 1

Qeyd edək ki, 28 aprel 2005-ci ildə “Basement 32 Woodstock Grove, London, Uk W12 8LE” ünvanında qeydiyyatdan keçən “Gyunel Limited” növbəti maliyyə hesabatını da 33 gündür təqdim etməyib. 

Elman Rüstəmovun qızının Londondakı şirkəti 13,3 milyon zərər edib - FOTOFAKT  - foto 2

Onu da bildirək ki, bu şirkətin 2007-2021-ci illərdə digər bir rəhbəri Günel Rüstəmovanın həyat yoldaşı Cümə Əhmədzadə olub. 

Elman Rüstəmovun 1981-ci il təvəllüdlü qızı Günel Rüstəmova ilə Əhməd Əhmədzadənin 1979-cu il təvəllüdlü oğlu Cümə Əhmədzadə evlidir. 

Elman Rüstəmovun qızının Londondakı şirkəti 13,3 milyon zərər edib - FOTOFAKT  - foto 3

Günel Rüstəmova 

Günel Rüstəmova orta təhsilini Bakıda, ali təhsilini isə Böyük Britaniyada alıb. O, London Kollecində modelyerlik üzrə təhsil alıb, daha sonra İngiltərədə nüfuzlu təhsil ocağı sayılan “Central Saint Martins”i incəsənət və moda sənayesi ixtisası üzrə bitirib. Günel Rüstəmova hazırda Londonda modelyer kimi fəaliyyət göstərir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO