
- A-
- A
- A+
Cəmiyyət
20:06 / 03.03.2024
1 dəq oxunma
DSMF-in sədrinin vəfat etməsi ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA
Hazırda oxunan: DSMF-in sədrinin vəfat etməsi ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA
180932
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bəzi səhifələrdə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun İsveçrədə səfərdə olarkən guya infarkt keçirərək vəfat etməsi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir.
Bizim.Media xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Bildirilib ki, fondun sədri İsveçrə Krallığında işgüzar səfərdə olub.
Səfər zamanı iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıqla bağlı görüşlər keçirib. Səfər çərçivəsində DSMF ilə dünyanın 160-dan çox ölkəsindən 350-yə yaxın sosial təminat qurumunun üzv olduğu Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edilib ki, DSMF sədri hazırda Bakıdadır, səhhətində hər hansı bir narahatlıq yoxdur.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































