Tovuz Xəstəxanasında istiliyin olmaması məsələsinə TƏBİB-dən MÜNASİBƏT

Tovuz Xəstəxanasında istiliyin olmaması məsələsinə TƏBİB-dən MÜNASİBƏT

Hazırda oxunan: Tovuz Xəstəxanasında istiliyin olmaması məsələsinə TƏBİB-dən MÜNASİBƏT

180133

Tovuz Rayon Mərkəzi Xəstəxanasında istilik sistemi ilə bağlı problemin yaşandığını və bu səbəbdən 9 aylıq qızılcalı körpəsini xəstəxanadan çıxaran Bozalqanlı kənd sakini Natiq Orucovun şikayətini dərc etmişdik. Şikayətçinin sözlərinə görə qızılcaya yoluxan 9 aylıq körpəsini iki gün əvvəl Tovuz Rayon Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə yerləşdirib. Bir gecə qalandan sonra istilik sistemi olmaması səbəbindən övladını xəstəxanadan çıxarıb. 

Natiq Orucov qeyd edib ki, məsələni ictimailəşdirməkdə məqsədi təkcə öz övladı deyil, xəstəxanada yatan xəstələrin, xüsusilə uşaqların həyatının təhlükə altında olmasıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Tovuz Xəstəxanasında istilik niyə YOXDUR? - 9 aylıq qızılcalı körpəsini xəstəxanadan çıxaran atadan ŞİKAYƏT  


Şikayətçi xəstəxanada tibbi personal çatışmazlığı və peşəkar kadrların olmamasından da gileylənib. Həmçinin tibb müəssisəsində lazımi şəraitin olmadığını dilə gətirib. 

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq məsələyə belə aydınlıq gətirilib: 

“25.02.2023-cü il tarixində Tovuz Rayon Mərkəzi Xəstəxanasında elektrik kəsintisi səbəbilə xəstəxananın qazanxanasından generatora gələn kabellərdə nasazlıq yaranıb və istilik sistemində fasilələr müşahidə edilib. Qazanxana işləmədiyi üçün şöbələr istiliklə təmin olunmayıb. Nasazlıq qısa müddətdə aradan qaldırılıb və xəstəxana istiliklə təmin edilib”.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO