“Xocalıda məhkəmə qurulmalı, qatillər orada mühakimə olunmalıdırlar” – Deputatdan TƏKLİF 

“Xocalıda məhkəmə qurulmalı, qatillər orada mühakimə olunmalıdırlar” – Deputatdan TƏKLİF 

Hazırda oxunan: “Xocalıda məhkəmə qurulmalı, qatillər orada mühakimə olunmalıdırlar” – Deputatdan TƏKLİF 

179944

1992-ci ilin fevralın 26-da erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımından 32 il keçir. Azərbaycanın həyata keçirdiyi 13-14 sentyabr 2023-cü il əməliyyatından sonra qətliamı törədən bir sıra canilər tutularaq. Artıq məsuliyyətə cəlb olunublar. 

Soyqırım törədən bəzi erməni cəlladları isə ya müharibədə məhv edilib, ya da törətdikləri əməllərinə görə, Tanrının cəzasına məruz qalıblar. Lakin bununla belə, bir çox qatillər hələ də azadlıqdadır. Onların da başında Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyan dayanır. 

Görəsən, Xocalı soyqırımını törədən və hələ də azadlıqda olan qatillər hansı yollarla hüquqi məsuliyyətə cəlb oluna bilərlər?
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Xocalıda soyqırımı memorialının təməlini qoydu


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, artıq Xocalı qırğınını törədən bütün qatillər mənəvi məsuliyyətə cəlb olunublar: 

“Qırğını törədənlər və buna görə şadyanalıq edən bütöv bir erməni nəsli və erməni xislətində olan insanlar artıq mənəvi məsuliyyətə cəlb olunublar. Bütün Ermənistan buna sevindiyini ifadə edirdi. Torpaqlarımızı, Xocalını azad etməklə onların hamısı ilə mənəvi məsuliyyəti həll etdik. Soyqırımı törədənlərə gəldikdə, ələ keçdikcə onsuz da hamısı məsuliyyətə cəlb olunur. Necə ki, Vaqif Xaçaturyanın, digərlərinin həbsi bunu göstərdi”.

Deputatın fikrincə, soyqırımla bağlı Xocalının özündə böyük bir məhkəmə prosesi keçirilməlidir:

“Orada ələ keçirilən cinayətkarların mühakiməsi təmin olunmalıdır. Hazırda həbs olunan keçmiş qondarma qurum rəhbərlərindən ibarət qatillərin Xocalı soyqırımının törədilməsində də konkret əlaqələri sübut olunarsa, ayrıcı ittiham aktı kimi tərtib olunmaqla, onlara qarşı da proses keçirilə bilər. 
Hər halda bu məsələ gündəmdədir. Dövlət olaraq onu hansısa formada gerçəkləşdirməliyik ki, Xocalı məsələsi ciddi şəkildə hər zaman diqqətdə saxlanılsın. Bu təbliğat baxımından da vacibdir”.

Rüfət Sultan, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO