Bakıda yaşayış binasında yanğın: 6 nəfər təxliyə olundu - VİDEO

Bakıda yaşayış binasında yanğın: 6 nəfər təxliyə olundu - VİDEO

Hazırda oxunan: Bakıda yaşayış binasında yanğın: 6 nəfər təxliyə olundu - VİDEO

179864

Paytaxtın Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Bizim.Media-ya bildirilib ki, binanın 5-ci mərtəbəsində ümumi sahəsi 40 kvadratmetr olan 2 otaqlı mənzilin mətbəxində mebel, 1 ədəd paltaryuyan maşın və 1 ədəd kondisioner yanıb.

Yüksək temperaturdan eyvanda 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO