Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır

Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır

Hazırda oxunan: Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır
17898
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gündən "Azəristiliktəchizat" ASC həm Bakıda, həm də regionlarda istilik təchizatını dayandıracaq.

Bizim.Media xəbər verir ki, bunu səhmdar cəmiyyətinin rəsmisi Rafiq Əliyev bildirib.

Bununla belə, onun sözlərinə görə, bəzi dağlıq və dağətəyi rayonlarda istilik təchizatı mayın 1-nə qədər davam edəcək.

"Bu gündən ümumilikdə 3 800 yaşayış binasına, həmçinin layihə üzrə 287 orta məktəbə, 162 uşaq bağçasına, 160 səhiyyə müəssisəsinə və 1 800-ə yaxın digər sosial-təsərrüfat obyektinə verilən istilik dayandırılacaq.

Bu isə 559 qazanxana və 90 istilik məntəqəsinin fəaliyyətini dayandırması deməkdir. Onu da qeyd edim ki, bu qərar isti su ilə təmin etdiyimiz abunəçilərə şamil edilmir", - deyə R.Əliyev qeyd edib.

Azərbaycanda hər il istilik mövsümü noyabrın 15-də başlayər, növbəti il aprelin 15-də başa çatıb.

Ötən il "Azəristiliktəchizat"ın Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə 18 milyon manat borcu olması səbəbindən əhaliyə istiliyin verilməsi noyabrın 18-nə qədər yubanmışdı. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO