Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA 

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA 

Hazırda oxunan: Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA 

178404

Fevralın 16-sı saat 08:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağır. 

Qar örtüyünün hündürlüyü: Şahbuzda 2 sm, Xınalıq, Şahdağ, Xaltan, Qrızda 1 sm-dir. 

Göygöl, Naftalan, Şəkmir, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Cəfərxan, Quba, Qusar, Şabran, Xaltan, Tərtər, Gəncə, Göyçay, Yardımlı, Lerik, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunur və görünüş 200-500 metrədək məhdudlaşıb. 
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 3-6 dərəcə isti, (dağlıq ərazilərdə 2 dərəcəyədək şaxta), Aran rayonlarında 5-7 dərəcə isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO