Azərbaycanlı həkim Cavid Hüseynzadə Almaniya mətbuatının DİQQƏT MƏRKƏZİNDƏ – FOTO 

Azərbaycanlı həkim Cavid Hüseynzadə Almaniya mətbuatının DİQQƏT MƏRKƏZİNDƏ – FOTO 

Hazırda oxunan: Azərbaycanlı həkim Cavid Hüseynzadə Almaniya mətbuatının DİQQƏT MƏRKƏZİNDƏ – FOTO 

177899

Ölkəmizdən son illər Almaniyaya həkim axını var. Təqdir ediləsi haldır ki, elm və təcrübə əldə etmək üçün inkişaf etmiş ölkələrə üz tutan gənclərimizin çoxu Avropada mühüm uğurlar qazanmağa nail olurlar. 

Almaniyada qısa zamanda uğurlu karyera qazanan soydaşlarımızdan biri də 34 yaşlı Cavid Hüseynzadədir. O “Bad Salzungen” klinikasında, professor Yekerin rəhbərliyi altında uzman həkim olaraq çalışır. Bir sıra aparıcı elmi cəmiyyətlərin üzvü olan Cavid elmi axtarışlar aparır və öyrəndiklərini məmnuniyyətlə bölüşür. Təsadüfi deyil ki, Almaniya mətbuatı da soydaşımızın fikirlərinə, tövsiyələrinə yer ayırır.

Bizim.Media xəbər verir ki, bu günlərdə Almaniyanın populyar “Vorteilhaft laben” nəşri Cavid Hüseynovun fikirlərinə geniş yer verib.

“Əgər burnunuz problem yaradırsa...” başlıqlı yazıda gənc həkim qeyd edir ki, burun üzümüzün estetik qəbul olunmasında ən önəmli faktorlardan biridir:

“Üzümüzün ortasında üfüqi və şaquli bir xətt təsəvvür etsək, burnumuz tam olaraq kəsişmə nöqtəsində yerləşir və buna görə də dərhal gözünüzü tutur. Burun yalnız vizual olaraq əhəmiyyətli bir komponent deyil, həm də əvəzedilməz funksiyaları yerinə yetirir”.

Məqalədə daha sonra qeyd edilir:

“Tənəffüs yollarının daralması xəstənin həyat keyfiyyətini ciddi şəkildə pozur. Burun əməliyyatı icra edilməsinin səbəbləri arasında hər hansı bir travmalar nəticəsindəki deformasiyaların düzəldilməsi və ya doğuş qüsurlarının bərpa edilməsi və həmçinin də bəzi tənəffüsdəki çətinliklərin aradan qaldırılaraq nəfəs almanı yaxşılaşdırmaqdır…”

Bir sözlə elmi məqalədə Cavid Hüseynzadənin fikirləri geniş şəkildə ifadə olunub. Qeyd edək ki, o hazırda “Bad Salzungen” klinikasının Qulaq, burun, boğaz xəstəlikləri va üz plastik cərrahiyyəsi şöbəsinin müdiridir. İstedadlı soydaşımız gənc olmasına baxmayaraq Avropada kifayət qədər tanınıb. Belə ki, Cavid Hüseynzadə Avropa Üz-plastika Akdemiyasının, Avropa Rinoplastika Cəmiyyətinin və Almaniya qulaq, burun, boğaz və baş-boyun cərrahiyyə cəmiyyətinin üzvüdür.


Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO