Sabah 14 dərəcə ŞAXTA OLACAQ

Sabah 14 dərəcə ŞAXTA OLACAQ

Hazırda oxunan: Sabah 14 dərəcə ŞAXTA OLACAQ

175042

Yanvarın 26-na gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Cənub küləyi əsəcək. 

Havanın temperaturu gecə 0-3° isti, gündüz 5-8° isti olacaq. 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 1-6° şaxta olacaq. 

Gecə və səhər bəzi dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlama ehtimalı var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO