Qarlı hava nə vaxtadək davam edəcək? 

Qarlı hava nə vaxtadək davam edəcək? 

Hazırda oxunan: Qarlı hava nə vaxtadək davam edəcək? 
174854
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Hazırda Bakıya və Abşeron yarımadasına qar yağır. Axşama doğru yağıntının tədricən kəsiləcəyi gözlənilir”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. 

Onun sözlərinə görə, hazırda bölgələrdə də yağıntılar davam edir: 

“Havanın temperaturu 1 dərəcəyədək istidir. Axşam saatlarında 0 dərəcəyədək enəcək. Yağıntılı hava ilə əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq. Bölgələrdə də yağıntılar davam edir. Axşama doğru tədricən kəsiləcək. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimal olunur”. 
G. Məmmədova əlavə edib ki, yanvarın 25-də həm paytaxtda, həm də bölgələrdə hava şəraiti gün ərzində sabit, əsasən yağmursuz keçəcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO