Bakıda dəmir yolu stansiyasında zəncirvari qəza - FOTO 

Bakıda dəmir yolu stansiyasında zəncirvari qəza - FOTO 

Hazırda oxunan: Bakıda dəmir yolu stansiyasında zəncirvari qəza - FOTO 

174720

Bakıda zəncirvari qəza baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb. 

Belə ki, bu gün saat 10:15 radələrində ADY-yə məxsus yük qatarı Əhmədli stansiyasının dalan yolunda manevr edərkən dəmiryol xəttinə yaxın məsafədə qanunsuz park edilmiş 99-FJ-595 nömrəli avtomobil qatara ilişib və yaxınlıqda dayanmış digər 7 maşınla toqquşub. 

Hadisə nəticəsində xəsarət alan olmayıb. 

“ADY bir daha nəqliyyat vasitələri sürücülərinin diqqətinə çatdırır ki, dəmiryol xətlərinə yaxın parkinq edərkən ən azı 3 metr məsafə saxlanılmalıdır!”, - məlumatda deyilir. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO