Kürdəmirdə avtomobil piyadanı ÖLDÜRDÜ - FOTO/VİDEO

Kürdəmirdə avtomobil piyadanı ÖLDÜRDÜ - FOTO/VİDEO

Hazırda oxunan: Kürdəmirdə avtomobil piyadanı ÖLDÜRDÜ - FOTO/VİDEO

174471

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə saat 19:00 radələrində  Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Şıxımlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomaşının sürücüsü, 1957-ci il təvəllüdlü Novruzov Nizami Əlisahib oğlu həmin yolda hərəkətdə olarkən yolun kənarı ilə hərəkətdə olan rayonun Şahsevən kənd sakini, 1979-cu il təvəllüdlü Həşimov Mübariz Tofiq oğlunu vurub.

Zərbənin təsirindən ağır bədən xəsarəti alan piyada  elə hadisə yerindəcə dünyasını dəyişib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.

 








Bizim.Media, Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO