Azərbaycanda möcüzəli hadisə:  inəyin qarnında müəmmalı yazılar - FOTO

Azərbaycanda möcüzəli hadisə: inəyin qarnında müəmmalı yazılar - FOTO

Hazırda oxunan: Azərbaycanda möcüzəli hadisə: inəyin qarnında müəmmalı yazılar - FOTO

174169
Qubanın Zərqova kəndində möcüzəli hadisə baş verib. İstiPress-in şimal bürosunun məlumatına görə, kənd sakini Arif Həsənov 94 yaşında dünyasını dəyişən anasının cümə günü üçün 2 illik cöngə kəsib. Evin sahibəsi cümədən sonra kəsilmiş malın qarnını təmizləmək istəyəndə qarnın üzərində yazılar görüb. Göyümtül rəngdə olan qeyri-adi yazılarda xa0K, A, N hərflərini, 1 rəqəmini sezmək olur. Evin xanımı möcüzəli hərfləri qarnın üzərindən qaşımaq istəsə də bu, mümkün olmayıb. Şoka düşən qadın bunu ailə üzvlərinə və qohumlarına göstərərək əsl mənada şoka düşüb.

Həsənovlar ailəsi bu yazıların hansı səbəbdən malın qarnında yazıldığını möcüzə sayıblar və qeyri- adi yazılar olan qarnı bişirməyi lazım bilməyiblər.xa0



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO