“İnsanlar gələcəkdə iş yerlərini itirəcəklər. Hazırda əsas məsələ “süni intellektin idarəetməsini kimə vermək lazımdır” sualıdır”.
Bizim.Media xəbər verir ki, bunu Tayvanın süni intellekt üzrə tanınmış mütəxəssis, 01.AI şirkətinin təsisçisi və CEO-su Kai-Fu Lee Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərcivəsində təşkil edilən "Ağıllı iqtisadiyyatlar: Süni intellekt, innovasiya və rəqəmsal transformasiya" adlı panel müzakirəsində bildirib.
O qeyd edib ki, böyük şirkətlər dəyişməlidir. Onlar bu dəyişikliyi şirkətlərə zərər dəymədən etməlidirlər:
"İnsanlarla işləsəniz, çox “köhnələcəksiniz”. Süni intellektə keçməsəniz, geridə qalacaqsınız. Bəzi insanların yüksək IQ-su ola bilər, amma onlar hər şeyi eyni vaxtda bacara bilməzlər. Həmin insanları idarəetməyə təyin etmək lazımdır".
Kai-Fu Lee həmçinin bildirib ki, bəzi dövlət və hökumət rəhbərləri süni intellekti tətbiq etməyə tərəddüd edir:
"Təbii ki, süni intellektdən istifadə etməyən ölkə ölüb getməz, amma süni intellektdən istifadə etməklə daha da inkişaf etmək mümkündür. Gələcək məhz buradadır. Dünyada bir çox ölkə var ki, süni intellekt sahəsində gələcəkləri yoxdur. Onlar daha çox çalışmalıdırlar. Məsələn, Avropa ölkələri. Azərbaycan, Qazaxıstan, Sinqapur nümunələrinə də baxın. Dünya sürətlə dəyişir”.

Fəridə, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
15:16 / 25.09.2026
Şirkətlərə süni intellektlə bağlı XƏBƏRDARLIQ - FOTO
Hazırda oxunan: Şirkətlərə süni intellektlə bağlı XƏBƏRDARLIQ - FOTO
Hazırda oxunan: Şirkətlərə süni intellektlə bağlı XƏBƏRDARLIQ - FOTO
638703
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































