İllik 8%-dən başlayan kreditlə mənzil sahibi ol – ƏTRAFLI

İllik 8%-dən başlayan kreditlə mənzil sahibi ol – ƏTRAFLI

Hazırda oxunan: İllik 8%-dən başlayan kreditlə mənzil sahibi ol – ƏTRAFLI
638714
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Kristal” layihələrində kredit şərtləri yeniləndi: illik 8%-dən başlayan imkan

“Kristal”ın layihələrində tikintisi davam edən mənzillər üzrə kredit şərtləri yenilənib. Yeni şərtlərə əsasən, mənzillər illik 8%-dən başlayan güzəştli kreditlə təklif olunur.

Kredit müddətinə uyğun olaraq faiz dərəcələri belə müəyyənləşdirilib: 36 ayadək – illik 8%, 36-48 ay – illik 9%, 48-60 ay – illik 10%. Yəni kredit müddəti 36 ayadək seçildikdə illik 8%-lik faiz dərəcəsindən yararlanmaq mümkündür. Qeyd edək ki, yeni şərtlər yalnız tikintisi davam edən mənzillərə aiddir.

İllik 8%-dən başlayan kreditlə mənzil sahibi ol – ƏTRAFLI - foto 1

Kredit şərtlərinin yenilənməsi “Kristal” layihələrində mənzil seçimini daha çevik edir. Şirkətin layihələri Bakı və Sumqayıtın müxtəlif ərazilərində – Nərimanov, Yasamal, Biləcəri, Xırdalan və Sumqayıtda yerləşir. Fərqli lokasiyalarda yerləşən layihələrdə müxtəlif sahə və otaq sayında mənzillər təqdim olunur. Daha kompakt mənzil axtaranlar üçün kiçik sahəli, geniş ailə üçün ev düşünənlər üçün isə daha böyük mənzil seçimləri var. Bağçalı və terraslı mənzillər də layihələrdəki seçimlər arasındadır.

İllik 8%-dən başlayan kreditlə mənzil sahibi ol – ƏTRAFLI - foto 2

“Kristal” layihələrində mənzillər tam təmirli şəkildə təhvil verilir. Beləliklə, mənzil alındıqdan sonra uzunmüddətli təmir prosesi ilə məşğul olmağa ehtiyac qalmır.

“Kristal” layihələrində 20 ilədək ipoteka krediti ilə də satışlar mövcuddur. Şirkətin "Evini hissə-hissə al" modeli isə mənzilə faizsiz və aylıq öhdəliksiz, mərhələli şəkildə sahib olmaq imkanı yaradır.

Yaşayış üçün rahat mühit də “Kristal” layihələrinin əsas üstünlüklərindəndir. Layihələrdən asılı olaraq geniş yaşıl parklar, istirahət zonaları, futbol meydançaları, uşaq bağçaları, təhlükəsiz avtodayanacaqlar və 24/7 kamera-nəzarət sistemi kimi imkanlar sakinlərin gündəlik rahatlığını tamamlayır. Ətraf ərazilərdə metro stansiyalarına, əsas yollara, məktəb, bağça və digər gündəlik tələbat obyektlərinə yaxınlıq da layihələr üzrə seçim imkanlarını genişləndirir.

İllik 8%-dən başlayan kreditlə mənzil sahibi ol – ƏTRAFLI - foto 3

Kredit şərtləri dəyişib, indi uyğun mənzil seçmək vaxtıdır. “Kristal” layihələrindəki mənzillər və yeni kredit şərtləri ilə bağlı ətraflı məlumat almaq üçün satış ofislərinə yaxınlaşa və ya *1544 nömrəsinə zəng edə bilərsən.

Ətraflı: *1544

kristal.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO