Napoleonun ordusunu məhv edən xəstəlik yenidən yayılmağa başladı - VİDEO

Napoleonun ordusunu məhv edən xəstəlik yenidən yayılmağa başladı - VİDEO

Hazırda oxunan: Napoleonun ordusunu məhv edən xəstəlik yenidən yayılmağa başladı - VİDEO
638683
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-nin Los-Anceles şəhərində birələrin yaydığı tif xəstəliyinin yayılması fonunda altı nəfər xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə "Fox11" telekanalı sanitariya orqanlarına istinadən məlumat verib.
 

"Los-Ancelesin Uilşir-Senter rayonunda yeddi nəfərin xəstələnməsi və altı nəfərin xəstəxanaya yerləşdirilməsindən sonra birələrin yaydığı tif xəstəliyinin yeni epidemiyası araşdırılır", - deyə jurnalistlər bildiriblər.


Telekanal qeyd edir ki, tif xəstəliyinə yoluxmanın artması Los-Ancelesdə bu bakterial infeksiyanı yaymaq qabiliyyətinə malik olan siçovulların sayının artması ilə üst-üstə düşüb.

Cənubi Kaliforniya Universitetinin Tibb məktəbinin infeksiyalar üzrə mütəxəssisi Ceffri Klausner bildirib ki, evsizlər üçün sığınacaqlar yoluxma üçün xüsusi təhlükə yaradır, eləcə də bəzi heyvanlar, məsələn, küçə pişikləri ilə təmas da infeksiya riski yaradır.

Xatırladaq ki, tədqiqatçıların araşdırmalarına görə, Napoleon ordusu məhz tif xəstəliyindən məhv olurmuş. (Ölkə.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO