Xəbər saytlarında yayılan məlumata görə, martın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, Milli Aviasiya Akademiyasının (MAA) “İctimai fənlər”x9d kafedrasının müdiri Fəridə Məmmədova Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması haqqında bəyanat verib.
AMEA-nın “Science.gov.az”x9d saytına daxil olduqda F.Məmmədovanın 2 iş yerinin (Milli Aviasiya Akademiyası və Tarix İnstitutu) olduğunu görürük (//science.gov.az/forms/chlenyikorrespondentyi/131).
Qeyd edək ki, 2014-cü ildə Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov ANS TV-yə müsahibəsində bu sözləri deyib: “8 ildə Fəridə Məmmədova nə əmək müqaviləsinə imza atır, nə də ki, illik hesabatları verir”x9d. Tarix İnstitutunun şöbə müdiri isə o zaman institut direktoruna belə cavab verib: “Hünəri var, çıxartsın məni”x9d.
Çox maraqlıdır, bütün bunlardan sonra Tarix İnstitutunun direktoru Y.Mahmudov F.Məmmədovanı işdən çıxarmayaraq, institutda “Azərbaycanın tarixi coğrafiyası”x9d şöbəsinin müdiri kimi saxlayır (//science.gov.az/institutes/852). 2016-cı ildə isə AMEA-nın prezidenti, akademik Akif Əlizadə ona 80 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanını təqdim edib (//www.science.gov.az/news/open/4399).
Xatırladaq ki, 2014-cü ildə Fəridə Məmmədova AzNews.az-a qalmaqallı müsahibəsində (//www.aznews.az/news/cemiyyet/47869.html) belə deyib: “Yaqub Mahmudov onu dəstəkləyənlərə arxalanaraq, yaşadığım binanın qarşısında aksiya təşkil etmişdi. Sonradan anladım ki, “Qafqaz Albaniyası və albanlar”x9d kitabında avarların albanların nəslindən olmasını qeyd etməməyim Yaqub Mahmudovu qəzəbləndirib. Bütün bu baş verənlərdən sonra Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev məni rəhbərlik etdiyi ali məktəbə dəvət etdi və mən həm də burada çalışıram. Hazırda AMEA-nın Tarix İnstitutunda da şöbə müdiri kimi öz fəaliyyətimi davam etdirirəm. Yaqub Mahmudovun məni institutdan çıxarmaq niyyəti baş tutmadı”x9d.
Qeyd edək ki, F.Məmmədova 2006-cı ildən Milli Aviasiya Akademiyasında “İctimai fənlər”x9d kafedrasının müdiri vəzifəsində çalışır (//naa.az/?page_id=1236).





































































































