“Changan Azerbaijan”dan ŞİKAYƏT – Bir maşının təmiri 9 aydır niyə bitmir? – ARAŞDIRMA 

“Changan Azerbaijan”dan ŞİKAYƏT – Bir maşının təmiri 9 aydır niyə bitmir? – ARAŞDIRMA 

Hazırda oxunan: “Changan Azerbaijan”dan ŞİKAYƏT – Bir maşının təmiri 9 aydır niyə bitmir? – ARAŞDIRMA 

173685

Artıq xeyli vaxtdır ki, Çinin tanınmış “Changan” avtomobil şirkətinin Azərbaycanda rəsmi dileri kimi fəaliyyət göstərən “Changan Azerbaijan” şirkəti ilə bağlı şikayətlərin ardı-arası kəsilmir.

Belə şikayətçilərdən biri də “Cahan Holding” şirkətinin Marketinq direktoru Müşviq İsgəndərovdur. 

Əvvəlcə özünün sosial şəbəkə hesabında bu barədə məlumat verən şikayətçi vurğulayıb ki, 9 ay müddət ərzində “Changan Azerbaijan” onun maşınının təmirini başa çatıra bilməyib.

Problemlə bağlı Bizim.Media-ya danışan Müşviq Məmmədov sözügedən şirkət tərəfindən soyuq münasibətlə qarşılaşdığını bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Elektromobil sahiblərinin yarısı bu maşınları aldıqlarına PEŞMANDIR – SƏBƏB NƏDİR?


“2023-cü ilin may ayının 4-də törədilmiş qəza ilə bağlı “Changan Azerbaijan” şirkətinə müraciət etsəm də, 9 ay müddətində mənə heç bir kömək göstərilməyib. Ona görə ki, bu müddət ərzində qəzaya uğramış avtomobilin zəruri ehtiyat hissəsini hələ də tapa bilməyiblər. 

Təsəvvür edin, rəsmi təmsilçidən “sıfır km” maşın alırsan və rəsmi servis təminatın olur, amma ilk qəzadan sonra 9 aydır ki, rəsmi servis maşının detalını tapıb gətirə bilmir. Bir şirkət özü-özünü bazarda və potensial müştərilərin gözündən ancaq bu qədər sala bilərdi”.

Məsələ ilə bağlı “Changan Azerbaijan” şirkəti ilə əlaqə saxladıq. 

Şirkətin meneceri Xəyalə Quliyeva sözügedən problemin ehtiyat hissələrinin alınması ilə bağlı yarandığını bildirib:

“Detallar Çindən gətirildiyi üçün belə bir problem yaranıb. Şikayətçinin özü də bununla bağlı bizə müraciət edib və hazırda araşdırma davam edir. Yaxın günlərdə ətraflı məlumat təqdim olunacaq”. 

Şirkətə müraciətimizdən sonra, şikayətçi Müşviq İsgəndərov bizimlə yenidən əlaqə yaradaraq, şikayətinin “Changan Azerbaijan” tərəfindən qeydə alındığını bildirib:

“Artıq şirkətlə müzakirələrimiz davam edir. Nəticəsindən asılı olaraq, sizə məlumat verəcəm”.

Mövzunu diqqətdə saxlayacağıq.


Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO