Bakıda baş verən partlayışa görə günahkarları hansı CƏZA GÖZLƏYİR?

Bakıda baş verən partlayışa görə günahkarları hansı CƏZA GÖZLƏYİR?

Hazırda oxunan: Bakıda baş verən partlayışa görə günahkarları hansı CƏZA GÖZLƏYİR?

173644

Xəbər verdiyimiz kimi yanvarın 15-də Binəqədi rayonu ərazisindəki mebel fabrikində dəhşətli yanğın baş verib. Yanğın nəticəsində 7 nəfər həyatını itirib, 24 nəfərsə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bəs, baş vermiş bu hadisəyə görə cavabdeh şəxsləri qanunvericiliyə görə hansı cəza gözləyir?
 

MÖVZU İLƏ BAĞLI:

Partlayışda zərərçəkənlərə nə qədər kompensasiya ÖDƏNİLƏCƏK? – AÇIQLAMA 


Suala Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev aydınlıq gətirdi.

Bizim.Media-ya açıqlamasında o bildirib ki, artıq faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb: 

“CM-nin 314-cü maddəsinə görə səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Bundan əlavə vəzifəli şəxs 3 ilədək vəzifətutmaq səlahiyyətindən məhrum edilə bilər. 314.3 maddəsinə görə səhlənkarlıq 2 və daha çox adamın ölümünə səbəb olduqda onda 3 ildən 7 ilədək həbs cəzası verilə bilər”. 

Bəs, bu hadisədə konkret olaraq kimlər məsuliyyətə cəlb olunacaq?

Əsabəli Mustafayev suala cavab olaraq qeyd edib ki, mövcud qanunvericiliyə görə, istənilən fəaliyyət sahəsində yanğın təhlükəsizliyi qaydasına cavabdeh olan şəxs və şəxslər olur:

“Məhz həmin şəxs və şəxslər də yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin edir. Lakin həmin şəxs və ya şəxslər müəssisə rəhbərini hər hansı bir məsuliyyətdən azad eləmir. Çünki rəhbər şəxs təyin etdiyi işçinin öz vəzifəsini necə icra etdiyini izləməlidir. Lakin əsas hüquqi məsuliyyət yanğın təhlükəsizliyinə cavabdeh olan şəxsin üzərinə düşür. Bu direktor da ola bilər, digər şəxs də”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO