
- A-
- A
- A+
Cəmiyyət
11:38 / 09.04.2021
1 dəq oxunma
Bakının 2 küçəsində asfat çökdü — FOTOFAKT
Hazırda oxunan: Bakının 2 küçəsində asfat çökdü — FOTOFAKT
17298
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakı şəhəri, Nizami rayonu Əlif Hacıyev, həmçinin Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçələrində yolun asfalt-beton örtüyündə kiçik çökmələr qeydə alınıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinindən (AAYDA) Bizim.Media-ya verilən məlumata görə, dərhal sözügedən ərazilərə AAYDA-nın əməkdaşları cəlb edilib.
Məlumata görə, Abbas Mirzə Şərifzadə küçəsində çökmə istilik xəttinin, Əlif Hacıyev küçəsində isə kanalizasiya xəttinin keçdiyi ərazidə baş verib.
Bu üzdən çökmə qeydə alınmış ərazilərə aidiyyəti qurumların əməkdaşları da cəlb olunmaqla hazırda hadisənin səbəbləri aydınlaşdırılaraq qısa müddət ərzində aradan qaldırılması və yolun asfalt-beton örtüyünün bərpası istiqamətində birgə işlər aparılır.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































