Qəbələdə avtomobil ağaca çırpılaraq yanıb, ölən və yaralılar var

Qəbələdə avtomobil ağaca çırpılaraq yanıb, ölən və yaralılar var

Hazırda oxunan: Qəbələdə avtomobil ağaca çırpılaraq yanıb, ölən və yaralılar var

172289

Yanvarın 6-sı saat 21 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü Rafael Əzizovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb və yanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, hadisə nəticəsində sürücü və sərnişini Məhəmməd Qafarov xəsarət alıb, digər sərnişin - 1970-ci il təvəllüdlü Rafael Mirzəliyev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO