Bakıda 17 dərəcə isti olub – FAKTİKİ HAVA

Bakıda 17 dərəcə isti olub – FAKTİKİ HAVA

Hazırda oxunan: Bakıda 17 dərəcə isti olub – FAKTİKİ HAVA
172075
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 5-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin gecə Naxçıvan MR-da qısamüddətli yağıntı olub.

Xidmətdən Bizim.Media-ya verilən xəbərə görə, düşən yağıntının miqdarı Ordubadda 5 mm, Şahbuz, Naxçıvan 1 mm-dək olub.

Zərdab, Biləsuvar, Gəncə, Yevlax, Şamaxı, Qobustanda duman müşahidə olunub.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 16-21 m/s-dək, Lerikdə 18 m/s, Altıağacda 17 m/s, Şəkidə isə 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb.
Bakıda və Abşeron yarımadasında 17 dərəcəyədək isti, Naxçıvan MR-da 10 dərəcəyədək isti, aran rayonlarında 16 dərəcəyədək isti, dağlıq rayonlarda isə 13 dərəcəyədək isti olub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO