Zaqatalada evdəki yanğın bu səbəbdən baş verib - FOTO

Zaqatalada evdəki yanğın bu səbəbdən baş verib - FOTO

Hazırda oxunan: Zaqatalada evdəki yanğın bu səbəbdən baş verib - FOTO
172071
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada beşotaqlı fərdi yaşayış evi yanıb. Bu mənzil rayonun Yeni Suvagil kənd sakini Aydın Ramazanova məxsus, ümumi sahəsi 150 kv/m olan kürsülü beş otaqdan ibarət fərdi yaşayış evidir.

Ev sahibi Aydın Ramazanovun Bizim.Media-ya açıqlamasına görə, yanğın baş verən zaman ailə üzvləri toy məclisində olublar. 

Onun sözlərinə görə, mənzilə çatana kimi ev tamamilə yanıb:

“Yanğına səbəb soba olduğu iddia olunur”.

Yanğının söndürülməsi üçün kəndə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Yanğının dəqiq nədən baş verməsi isə aparılan araşdırmalardan sonra bəlli olacaq.  

Zaqatalada evdəki yanğın bu səbəbdən baş verib - FOTO - foto 1
Zaqatalada evdəki yanğın bu səbəbdən baş verib - FOTO - foto 2
Zaqatalada evdəki yanğın bu səbəbdən baş verib - FOTO - foto 3
Zaqatalada evdəki yanğın bu səbəbdən baş verib - FOTO - foto 4
Zaqatalada evdəki yanğın bu səbəbdən baş verib - FOTO - foto 5

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO