Küləkli hava nə vaxtadək davam edəcək?

Küləkli hava nə vaxtadək davam edəcək?

Hazırda oxunan: Küləkli hava nə vaxtadək davam edəcək?
171897
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“​Bu gün saat 15:00-a olan məlumata əsasən, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur”. 

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. 

Onun  sözlərinə görə, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/saniyə, Şamaxı, Qobustan, Naftalan, Altağacda isə 18 m/saniyə təşkil edib: 

“Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2,6 metrdir. 

Hazırda Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR 6, Aran rayonlarında 13, dağlıq rayonlarda isə 9 dərəcəyədək isti qeydə alınıb. Ölkə ərazisində müşahidə olunan şimal-qərb küləyi yanvarın 4-ü gecə saatlarından tədricən zəifləyəcək. Yanvarın 4-ü gündüz və 5-də Bakıda və Abşeron yarımadasında arabir güclənən cənub-qərb küləyi əsəcək”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO