Mingəçevirdə yaşlı adamın yaşadığı vaqon yandı - VİDEO

Mingəçevirdə yaşlı adamın yaşadığı vaqon yandı - VİDEO

Hazırda oxunan: Mingəçevirdə yaşlı adamın yaşadığı vaqon yandı - VİDEO
171547
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mingəçevirdə baş verən yanğın nəticəsində yaşlı kişi tüstüdən zəhərlənib. Hadisə şəhərin Energetiklər massivinin “Vaqonlar” adlanan ərazisində qeydə alınıb.

Bizim.Media xəbər verir ki, qəfildən başlayan alov tez bir zamanda ətrafa yayılıb. Əraziyə yanğınsöndürənlər çağırılıb.

Hadisə zamanı evdə tək yaşayan Əziz Daşdəmirov tüstüdən zəhərlənib. Yaşlı kişi xəstəxanaya çatdırılıb.
Zərərçəkənin oğlu bildirib ki, atasının borcu olduğuna görə qazını kəsiblər, bu səbəbdən odun yandırırdı.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 24 m² olan dəmir və taxta konstruksiyadan ibarət üç otaqlı vaqon tipli evin bir otağında döşəmə 4 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisənin başvermə səbəbləri araşdırılır. 

Ətraflı Baku TV-nin süjetində:
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO