Şimal bölgəsində güclü külək əsir

Şimal bölgəsində güclü külək əsir

Hazırda oxunan: Şimal bölgəsində güclü külək əsir
170496
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şimal bölgəsində gecə saatlarından başlayaraq güclü külək əsir. Qusar, Xaçmaz və Quba rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.

Qusar FHK-nın sədri Şahid Fərəməzov Bizim.Media-ya məlumat verib ki, kəndlərin bəzilərində enerji verilişi təhlükəsizlik baxımından söndürülüb, bəzi yerlərdə küləyin fəsadı nəticəsində dayanıb.

Külək sakitləşən kimi bərpa işlərinə başlanılacaq. Xaçmaz FHK-dan da  analoji cavab verilib. Külək işığın verilişində yenidən problem yaşadıb.
Qubada da eyni vəziyyətdir. Quba FHK-nın sədri Tariyel İbrahimov bildirib ki, gecə saatlarından bir neçə kənddə işıq yoxdur. Həm külək xəttləri qırıb, həm də əlavə problemin yaranmaması üçün təhlükəsizlik məqsədi ilə söndürülüb.

Tariyel İbrahimovun sözlərinə görə, son illər Qubada belə güclü külək əsməsi qeydə alınmamışdı.

“Azərişlq" ASC-nin yerli şəbəkələrində gücləndirilmiş iş rejimi tətbiq edilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO