Fransız modelyer Qarabağ xalçasını kopiyalayıb “geyim” tikdi – FOTO  

Fransız modelyer Qarabağ xalçasını kopiyalayıb “geyim” tikdi – FOTO  

Hazırda oxunan: Fransız modelyer Qarabağ xalçasını kopiyalayıb “geyim” tikdi – FOTO  
170290
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransız modelyer Jan-Pol Qotyenin kolleksiyasında yer alan geyimlərdən biri feysbuk sosial şəbəkəsinin Azərbaycan seqmentində müzakirələrə səbəb olub. 

Bizim.Media “1news.az”a istinadən xəbər verir ki, aşağıda göstərilən fotoları ipək üzərində rəsm üzrə ixtisaslaşan nyu-yorklu rəssam Reyven Ziqler feysbukda paylaşıb. Fotolarda Jan Pol-Qotyenin arxiv kolleksiyasından əl işi də yer alıb. 

Azərbaycan Milli Xalça Muzeyinin eks-direktoru, Azərbaycan Milli İncəsənət Muzeyinin isə hazırkı direktoru Şirin Məlikova R. Ziqlerin paylaşımını öz səhifəsinə “repost” edərək buna etiraz edib:

“Tək kompozisiyanın harmoniyasını deyil, həm də mənalarını eybəcər hala salaraq, irsimizi necə də istifadə edirlər!” 

O, şərhlərdə qeyd edib ki, modelyer kolleksiyanın yaradılmasında Qarabağaxas tikiş tərzindən istifadə edib. 

Fransız modelyer Qarabağ xalçasını kopiyalayıb “geyim” tikdi – FOTO   - foto 1

Ş. Məlikovanın paylaşımının şərhlərində müzakirələr başlayıb. Sosial şəbəkə istifadəçilərinin bir qismi Qotyenin kolleksiyasındakı geyimi çox zövqsüz adlandırıb və bəyənməyib, digər qism isə hesab edir ki, irsimizi qoruyub saxlaya bilməmək bizim günahımızdır.  

Fransız modelyer Qarabağ xalçasını kopiyalayıb “geyim” tikdi – FOTO   - foto 2

Müzakirələrə, həmçinin tanınmış azərbaycanlı sənətşünas, professor Telman İbrahimov qoşulub və bunları qeyd edib:

“Bu, erməni və ya ermənipərəst işdir. Məsələ bundadır ki, ermənilər tərəfindən piar edilmiş modelin üzərindəki feyk erməni yazısı ilə əslində Qarabağın “Qoar” xalçasıdır. Kolleksiyaçıların Avropa və Amerika seqmenti onu XVII əsrin məşhur erməni xalçası hesab edir. Əslində isə bu, drakonlar seriyasından olan Qarabağ xalçasıdır. Bu xalçanın yeganə fotosu var və heç yerdə sərgilənmir, çünki mütəxəssislər erməni qrabarla yazılmış feyk yazını dərhal görəcəklər”.   

T. İbrahimov sözlərinə təsdiq olaraq, aşağıdakı fotonu təqdim edib. Şəkildə ermənilərin saxtalaşdırdığı və orijinal Qarabağ xalçası arasında fərq açıq-aşkar görünür... 

Fransız modelyer Qarabağ xalçasını kopiyalayıb “geyim” tikdi – FOTO   - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO