Stomatoloji kabinetdən qızıl diş oğurlayan şəxs SAXLANILDI - FOTO

Stomatoloji kabinetdən qızıl diş oğurlayan şəxs SAXLANILDI - FOTO

Hazırda oxunan: Stomatoloji kabinetdən qızıl diş oğurlayan şəxs SAXLANILDI - FOTO

169697

Suraxanıda stomatoloji kabinetlərin birindən 9 ədəd qızıl diş və digər əşyalar oğurlayan şəxs saxlanılıb 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Suraxanı rayonunda yerləşən stomatoloji kabinetlərin birindən oğurluq edilib. Zərərçəkən Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət edərək kabinetdən 7500 manat dəyərində tibbi avadanlıq, noutbuk və 9 ədəd qızıl dişin oğurlandığını bildirib. Bölmə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Firudin Babayev saxlanılıb. 

Həmin şəxsdən əlavə olaraq 4 qram narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir. 
F.Babayevin əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına müaciət edə bilərlər. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO