Füzuliyə köçən ailələrə evlərinin açarları təqdim olundu - FOTO

Füzuliyə köçən ailələrə evlərinin açarları təqdim olundu - FOTO

Hazırda oxunan: Füzuliyə köçən ailələrə evlərinin açarları təqdim olundu - FOTO
168833
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərin açarları təqdim olunub.

Bizim.Media xəbər verir ki, bu gün Füzuliyə qayıdan 25 ailə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.
Açarların təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Ailələr sevinc hissi ilə mənzilllərinin açarlarını təhvil alaraq, yeni evlərinə yerləşiblər.

Bununla da Füzuli şəhərində 358 ailə olmaqla, 1298 nəfərin daimi məskunlaşması təmin edilib.

Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.

Füzuliyə köçən ailələrə evlərinin açarları təqdim olundu - FOTO - foto 1
Füzuliyə köçən ailələrə evlərinin açarları təqdim olundu - FOTO - foto 2
Füzuliyə köçən ailələrə evlərinin açarları təqdim olundu - FOTO - foto 3
Füzuliyə köçən ailələrə evlərinin açarları təqdim olundu - FOTO - foto 4

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO