15 yaşlı məktəblinin öldüyü hadisənin TƏFƏRRÜATI

15 yaşlı məktəblinin öldüyü hadisənin TƏFƏRRÜATI

Hazırda oxunan: 15 yaşlı məktəblinin öldüyü hadisənin TƏFƏRRÜATI
168615
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 10-da Goranboyun Xanqərvənd kəndində Göyçay rayon sakini 15 yaşlı Sadiq Qurbanovun öldüyü hadisənin təfərrüatı məlum olub.

Bizim.Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, Göyçayın Hacalıkənd sakini, həmin kənddəki orta məktəbin 9-cu sinif şagirdi olan 2008-ci il təvəllüdlü Qurbanov Sadiq Fariz oğlu Goranboya qohumları ilə birgə gedibmiş.

Belə ki, dərs olmayan gün Sadiq Goranboyda usta işləyən qohumu ilə birgə bu rayonun Xanqərvənd kəndinə yollanıb. Ustaların işlədiyi ərazidə olarkən Sadiq də Xanqərvənd kənd bələdiyyəsinin binasının damına çıxıb.

Bu zaman dam örtüyü qırılıb və Sadiq damdan otaqların birinə düşüb. Nəticədə onun başı inzibati binanın otağındakı stolun kənarına dəyib və yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
İlkin məlumatda bildirilir ki, S.Qurbanov binanın damına təsərrüfatda gübrə kimi istifadə edilən quş peyini toplamaq üçün çıxıbmış.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO