100 minlik yalan 1 ailənin faciəsinə çevrildi...

100 minlik yalan 1 ailənin faciəsinə çevrildi...

Hazırda oxunan: 100 minlik yalan 1 ailənin faciəsinə çevrildi...
167806
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 24 yaşlı Salman Məmmədəliyevə hökm oxunub.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə prosesində S.Məmmədəliyevin bibisi oğlundan aldatma yolu ilə 100 min manat alması və verdiyi vədə əməl etməyərək pulu qaytarmaması bildirilib.

Araşdırmalar zamanı məlum olub ki, S.Məmmədəliyev Elşən adlı bibisi oğluna Yevlaxdakı şirkətlərdən birinə bölgə müdiri təyin edildiyini bildirib və gübrə işinə 100 min manat qoyarsa, 15 gün içində 30 faiz gəlir götürə biləcəyinə inandırıb.
Bundan sonra o, Bakı şəhərinə gələrək qohumundan 3 dəfəyə olmaqla ümumilikdə 100 min manat alıb. Lakin qısa vaxt sonra Salmanın hər hansı bizneslə məşğul olmaması üzə çıxıb və o, aldığı pulları qaytara bilməyib.

Bundan sonra yaxın qohumlar arasında narazılıq başlayıb. Elşən dayısı oğlu barəsində şikayət edib. Salman bibisi oğluna yaşadığı evin sənədlərini verib.

Oğlunun əməllərini görən Salmanın atası Müşfiq Məmmədəliyev məktub yazaraq intihar edib. O, məktubunda “min bir əziyyətlə qurduğum evin verilməsinin əleyhinəyəm”, yazıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Salman Məmmədəliyev bütün pulların atasına çatdığını bildirib və heç bir günahının olmadığını deyib.

Zərərçəkmiş tərəf isə yaxın qohum olduğu üçün Salmanın həbs edilməsini istəmədiklərini, lakin dəymiş zərərin ödənilməsini tələb etdiklərini deyiblər.

Məhkəmənin hökmü ilə Salman Məmmədəliyevə 6 il həbs cəzası verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO