Xırdalanda “Prius” ana ilə övladını VURDU  

Xırdalanda “Prius” ana ilə övladını VURDU  

Hazırda oxunan: Xırdalanda “Prius” ana ilə övladını VURDU  

167549

Abşeron rayonu Xırdalan şəhərində avtomobil ana və övladını vurub. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsində baş verib. 

“Toyota Prius” markalı, 77 DE 139 dövlət qeydiyyat nişanlı avtomobilin zərbəsi nəticəsində ana və övladı ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB bildirilib ki, baş verən hadisə ilə əlaqədar 2 nəfər dekabrın 5-i saat 12:40 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib: 
“1968-ci il təvəllüdlü (cinsi qadın) pasiyentə sağ gözün hematoması, sol dizin yumşaq toxumalarının əzilmiş, sıyrılmış yaraları, sol topuğun yerdəyişmiş sınığı diaqnozları qoyulub. Müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır. 2017-ci il təvəllüdlü (cinsi kişi) pasiyentə hemotoraks, ağciyərlərin parenximal kontuziyası, sağ bazu, sağ bud, sol baldır sümüklərinin yerdəyişmiş sınıqları, qasıq və oturaq sümüklərinin sınığı diaqnozları qoyulub. Hazırda vəziyyəti ağırdır, Kliniki Tibbi Mərkəzə təxliyyə olunması nəzərdə tutulub". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO