İmişlidə uşaq bağçasının fəaliyyəti niyə DAYANDIRILIB? – Rəsmi AÇIQLAMA/FOTO 

İmişlidə uşaq bağçasının fəaliyyəti niyə DAYANDIRILIB? – Rəsmi AÇIQLAMA/FOTO 

Hazırda oxunan: İmişlidə uşaq bağçasının fəaliyyəti niyə DAYANDIRILIB? – Rəsmi AÇIQLAMA/FOTO 

167013

İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində vaxtilə mövcud olmuş uşaq bağçası naməlum səbəblərə görə, sonralar fəaliyyətini dayandırıb. Qəsəbə sakinləri uşaqlarını bağçaya qoya bilmək üçün yarım saat yol qət edib rayon mərkəzinə aparmaq məcburiyyətində qalırlar. Çox adam isə istər vaxt, istərsə də yol pulu səbəbinə görə, uşaqlarını bağçaya qoya bilmir. Qeyd edək ki, qəsəbə sakinlərinin sayı 5 mindən çoxdur.

İmişli Rayon Təhsil Şöbəsinin rəsmisi Vilayət Əliyev Bizim.Media-ya bildirib ki, fəaliyyəti dayandırılmış bağçaların yenidən fəaliyyətə başlamsı Nazirlər Kabinetinin sərəncamı və ya qərarı əsasında olur:

“İmişli rayonu üzrə 14 bağça var ki, onlardan 3-ü İmişli şəhərində, 11-i isə rayon mərkəzindən kənarda fəaliyyət göstərir. Bəhrəmtəpə qəsəbə sakinlərindən alınmış məlumata əsasən, qəsəbədə uşaq bağçası 1980-ci illərin sonlarına kimi fəaliyyət göstərib.  

Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində  ərazisində uşaq bağçası olmayan Bəhrəmtəpə qəsəbəsində yerləşən Bəhrəmtəpə qəsəbə Rəhim Alışov adına tam orta məktəbin nəzdində icma əsaslı məktəbəqədər qrup təşkil olunub”.

Elm və Təhsil Nazirliyindən isə sorğumuza cavab olaraq bildirilib ki, bu məsələyə növbəti illərdə baxılacaq: 

"Bildiririk ki, təhsil müəssisələrinin təmir-tikintisi dövlət büdcəsindən Elm və Təhsil Nazirliyinə ayrılmış vəsait çərçivəsində prioritetlik dərəcəsinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. 2023-cü ilin dövlət büdcəsinin investisiya xərclərində nazirliyə ayrılmış vəsaitin müəssisələr üzrə bölgüsü aparıldığından qeyd olunan məsələyə növbəti illərin dövlət investisiya proqramları çərçivəsində baxılacaqdır".






Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO