“TikTok”da vətəndaşları aldadan şəxs SAXLANILDI - FOTO/VİDEO

“TikTok”da vətəndaşları aldadan şəxs SAXLANILDI - FOTO/VİDEO

Hazırda oxunan: “TikTok”da vətəndaşları aldadan şəxs SAXLANILDI - FOTO/VİDEO
166558
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polis əməkdaşları tərəfindən bank kartlarından edilən oğurluqlar və informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri ilə iki nəfərin kart hesablarından 920 manat və 1200 avro oğurlamaqda şübhəli bilinən Raul Rəşad oğlu Əmrahov müəyyən olunaraq saxlanılıb.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən bildirilib.

Araşdırma zamanı onun “TikTok”da “@gizlikamerasatisi” adlı səhifə yaradaraq sosial şəbəkə istifadəçilərinə qarşı qanunazidd hərəkətlərə yol verdiyi məlum olub. 

R.Əmrahovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polis orqanlarına müraciət edə bilərlər.

Bir daha vətəndaşları internet üzərindən edilən təkliflərlə bağlı diqqətli olmağa tanımadığınız şəxslərə, etibar etmədiyiniz səhifələrə onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Kibercinayətkarlıqla üzləşdiyiniz təqdirdə isə bu barədə polisə məlumat verə bilərsiniz.
 


“TikTok”da vətəndaşları aldadan şəxs SAXLANILDI - FOTO/VİDEO - foto 1
“TikTok”da vətəndaşları aldadan şəxs SAXLANILDI - FOTO/VİDEO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO