“20 ildən çoxdur yaradılan bələdiyyələrin heç bir ciddi rolu yoxdur” – Fazil Mustafa 

“20 ildən çoxdur yaradılan bələdiyyələrin heç bir ciddi rolu yoxdur” – Fazil Mustafa 

Hazırda oxunan: “20 ildən çoxdur yaradılan bələdiyyələrin heç bir ciddi rolu yoxdur” – Fazil Mustafa 

165253

“Bələdiyyələr konstitusiyada yerli özünüidarəetmə orqanları kimi qeyd edilib. Dünya ölkələrində bütün problemlərin həllini bələdiyyələr gerçəkləşdirirlər. Azərbaycanda təəssüf ki, icra hakimiyyətlərinin səlahiyyətləri bələdiyyələrdən daha çoxdur”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Deputat Fazil Mustafa deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakı Şəhər İcra Hakimiyyəti özəl qurumlara çağırış etdi - SƏBƏB


O qeyd edib ki, bəzən bələdiyyələrin sənədləri önnəmsiz sayılır və mülkiyyət üçün əsas götürülmür: 

“Bu məsələ Azərbaycanda ziddiyətli olaraq qalır. Bələdiyyələrin dirçəldilməməsi yerli problemlərin həll edilməməsinə səbəb olur. 20 ildən çoxdur ki, bələdiyyələr yaranıb, amma mahiyyətcə idarəetmə sisteminin içində heç bir ciddi rola sahib deyillər”. 

Deputat bildirib ki, qanunvericilikdə dövlətin icra orqanlarının əksər funksiyalarını bələdiyyələrə vermək lazımdır: 

“Bələdiyyələrin canlı orqanizm kimi seçilib, fəaliyyət göstərməsinə şərait yaratmaq lazımdır. Bu istiqamətdə təkliflər və təşəbbüslər olsa da, məsələnin həllinə nail olunmayıb. Bələdiyyəsiz hər hansısa bir formada insanların sıxıntılarını həll etmək mümkün olmur. Bu məsələ ilə bağlı konkret addımlar atmaq lazımdır”. 

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO