FAKTİKİ HAVA: Dağlıq rayonlara qar yağıb

FAKTİKİ HAVA: Dağlıq rayonlara qar yağıb

Hazırda oxunan: FAKTİKİ HAVA: Dağlıq rayonlara qar yağıb

163769

Saat 14:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. 

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindənm xəbər verilib. 

Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 30 m/s-yə çatır. 
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.5 metrdir. Bölgələrdə də qeyri-sabit hava şəraiti müşahidə olunur. 

Qərb küləyi Zaqatala rayonun yüksək dağlıq ərazilərində 34 m/s-dək güclənib, Naftalanda 18 m/s, Şahdağda 17 m/s-dir. 

Gəncə, Goranboy, Altıağac, Bərdə, Qobustan, Tərtər, Quba, Şabranda külək zəifləyib. 

Zaqatala, Qax, Şəkidə arabir yağış, Şahdağda və Zaqatala rayonunun yüksək dağlıq ərazilərinə arabir qar yağıb. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 11-i səhərədək davam edəcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO